VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni İlqar Xəyal ARB TV-nin "Gəlin danışaq” verilişinin qonağı olub. 

BAKU.WS xəbər verir ki, ifaçı bildirib ki, hər zaman bahalı geyinib.

"O vaxt cinslər çox bahalı idi. Camaat 1 aylıq maaşa - 200-300 manata cinslər alırdı. Bundan da bəzi alverçilər yaxşı pullar qazanırdılar. Xarici ölkələrə gedəndə özüm oradan 15-20 dollara alıb gətirirdim. Yaxşı geyinən oğlanlardan biri də mən olmuşam. 22 yaşımda sırğa axmağa başlamışam. "Sovetski”də böyümüşəm. Xarici səfərə çıxanda dedilər ki, görünüşünüz xaricilərə bənzəməlidir. Saç saxlamalısınız, sırğa taxmalısınız, açıq-saçıq geyinməlisiniz. Məni qışqırda-qışqırda qulağımı deşib, sırğa taxdılar”.

Müğənni sırğa taxdığı üçün bir çox çətinliklər yaşadığını deyib:

"Avropadan qayıdandan sonra isə oranın mentalitetinin təsirindən çıxmamış, metroya qulağımda sırğa ilə düşdüm. Metroda sakit oturduğum zaman bir xanım dedi ki, başımıza nələr gəlib, daha nələr görəcəyik... Çox utandım və o dəqiqə qapının ağzında durub düşmək üçün hazırlaşdım. Mən onunla mübahisə etmədim. Çünki ona başa sala bilməzdim axı mən yaxşı oğlanam, sən düşündüyün kimi deyiləm. Metrodan çıxan kimi sırğanı qulağımdan çıxardım”.

Həmin görüntüləri oxuculara təqdim edirik:

Aysel.Ş
BAKU.WS