SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV telekanalında yayımlanan "Zarafat-zarafat” verilişində xoşagəlməz hal baş verib.

BAKU.WS xəbər verir ki, müğənni Xatun Əliyevanın təqdimatında efirə gedən verilişdə qız qaçırmaqdan söhbət açılıb. Proqramın qonaqları isə əməkdar artist Almaz Ələsgərli və aktyor Elməddin Cəfərov olub.

Görünür, Xatun bilmir ki, qız qaçırmaq insan oğurluğu, cinayət hadisəsi sayılır və bu işi həyata keçirənləri həbs gözləyir. Belə bir məsələnin efirdə mövzu kimi qoyulması nə dərəcədə doğrudur?

Sözügedən verilişdən bir hissəni oxuculara təqdim etməzdən öncə qeyd edək ki, Cinayət Məcələsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddədə göstərilir ki, olay tamah məqsədilə törədiləcəyi təqdirdə nəzərdə tutulan cəza 8 ildən 12 ilədəkdir. 144.3-cü maddəyə görə, olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur.

Görünür, Xatun Əliyeva bütün bunlardan xəbərsizdir. Hər halda xəbərdar olsaydı, belə bir məsələni hətta zarafata belə, verilişə mövzu etməzdi.

Aysel.Ş
BAKU.WS