SİZİN REKLAM BURADA!
055 213 76 73


Fatma Girik, Hülya Koçyiğit və Filiz Akınla birlikdə türk kinosunun dördyarpaqlı yoncası kimi tanınan, "Yeşilçam"ın məşhur aktrisası Türkan Şoray Bursada özəl bir məktəb tərəfindən təşkil edilən "Analar Günü" tədbirində iştirak edib.

BAKU.WS "Posta"ya istinadən xəbər verir ki, aktrisa görüşdüyü şagirdlərə məsləhətlər verib: 

"Oxumağı dayandırmayın, davam edin. Dünyada Ali məktəblər bitirmək, oxumaqdan gözəl heç nə yoxdur. Onun üçün çox çalışın, ölkədə qalın. Ölkəmizi daha da irəli aparın".

Daha sonra Şoray gənclik illərindən də bəhs edib. O, gənclik illərində müəllim olmaq istədiyini bildirib:

"İllər əvvəl, kino aktrisası olmazdan öncə anam məni müəllimlər üçün internat məktəbinə yazdırmışdı. Mən internat məktəbinə gedib müəllim olmaq istəyirdim. Təhsillə bağlı hər şey məni çox kövrəldir, çox həyəcanlandırır".

BAKU.WS