SİZİN REKLAM BURADA!
055 213 76 73



Astara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə dünən axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.
 
Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb.
 
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
 
BAKU.WS