SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Son illərdə komediya filmlərinin böyük müvəffəqiyyət göstərdiyi Türk kinosunda dram janrında olan filmlər xəyal qırıqlığı yaradırdı.
 
Bu uğursuz gedişata "İkimizin Yerinə" filmi "dur" deyib. Serenay Sarıkaya və Nejat İşlerin baş rollarında iştirak etdiyi "İkimizin Yerinə" filmi, kassa rekordlarını alt-üst edib. 21 Oktyabr Cümə günü Türkiyədə yayımlanan film ilk 3 günlük kassa rəqəmləriylə son 10 ilin rekordu qırıb.
 
Film, ilk 3 gündə 330 min adam tərəfindən izlənilərək "son on ilin ən yaxşı açılış edən eşq filmi" olma müvəffəqiyyətini göstərib. Film eyni coşqu ilə Azərbaycanda nümayiş edilib. Filmin qala gecəsinə Serenay Sarıkaya və Zerrin Tekindor gəlib. (big.az)

Filmdən özəl görüntünü təqdim edirik:

BAKU.WS