VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Məşhur rumıniyalı müğənni İnna Bakıya gələcək.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, həmçinin müğənni Otilia da Yeni ili gecəsini paytaxtımızda qarşılayacaq.

İfaçıların konserti "JW Marriott Absheron” otelində baş tutacaq. 

Konsertlə bağlı "Vəlizadə prodakşn”ın rəhbəri Tural Vəlizadə xəbər verib. O bildirib ki, müğənnilər maraqlı şou hazırlayıblar: 
"Gecənin xüsusi qonağı İnna olacaq. O, Bakıya 9 nəfərlik qrupu ilə gələcək və maraqlı şou göstərəcək. Gecədə yerli müğənnilərdən birinin də çıxışı gözlənilir. Biletlər yaxın gündə satışa çıxarılacaq”.
 
Qeyd edək ki bu, İnanın ölkəmizə ikinci səfəridir. O, 2013-cü ilin avqustunda Azərbaycanda konsert verib.
 
Aysel.Ş
BAKU.WS