Xalq artisti Aygün Kazımovanın meyxanaçı Namiq Qaraçuxurlu haqda dediyi "Ayrılanda mal-mülkümü apardı” sözləri səs-küy yaradıb. 

BAKU.WS axşam.az- istinadla xəbər verir ki, müğənni "ATV maqazin onlarla” verilişinə açıqlamasında meyxanaçının onun bağ evini əlindən aldığını etiraf edib:

"Namiq bağ evimi əlimdən aldı. Elə insandır ki, hər şeyimi əlimdən aldı. Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismət oldu”.

N.Qaraçuxurlu məsələ ilə bağlı suallardan yayınıb:

"Bunlar çox şəxsi məsələlərdir. Bu barədə açıqlamamı gözləməyin. Özümə belə bu qədər dərinə getməyə icazə vermirəm”.

Qeyd edək ki, A.Kazımova saytımıza müsahibəsində "Namiq Qaraçuxurlu mal-mülkünüzü əlinizdən alıb" sualına belə cavab vermişdi:

"Bəli, burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsa danışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tez bir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm".

Aysel.Ş
BAKU.WS