SİZİN REKLAM BURADA!
055 213 76 73



Teleaparıcı Zemfira Adıgözəlova fərqli fotosessiya etdirib.

Aparıcı BAKU.WS-ə açıqlamasında bildirib ki, yeni fotosessiya ilə uşaqlıqdan ürəyində olan arzusunu az da olsa, gerçəkləşdirmiş olub.

"Hər zaman Mərkəzi Amerika, Meksika filmlərinə maraqla baxırdım. Orada kovboyların at çapmağı, həyatı mənə maraqlı gəlib. Uşaqlıqdan istəmişəm ki, hər hansı filmdə kovboy obrazında rol alım. Bu arzum reallaşmadığından, istədim fotosessiya ilə də olsa, özümü kovboy obrazında görüm”- deyə, aparıcı deyib.

Z. Adıgözəlova bu obrazı canlandırmaq üçün uzun müddət hazırlaşdığını da əlavə edib:

"Bir neçə həftə atçılıq dərslərinə getdim. İstəyirdim fotolarda obrazımı tam olaraq canlandırım. Mən gördüyüm işə səhlənkar yanaşa bilmirəm. İnanıram ki, izləyicilər fotoları bəyənləcək”.

Teleaparıcının makiyajı üzərində stilist-vizajist Nura Babayeva çalışıb. Fotoların müəllifi Ruslan Teymurlatovdur.

Sözügedən fotosessiyanı oxuculara təqdim edirik:

Aysel.Ş
BAKU.WS

 

 

 

 

 

 

 

 

 

 

 


[media=]