VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"O Ses Türkiye" yarışmasına azərbaycanlı iştirakçı damğa vurub.
 
BAKU.WS-in məlumatına görə, Zülfü Əsədzadə "Ay Qız" mahnısını səsləndirərək həm tamaşaçıların, həm də münsifləri ovsunlayıb. Azərbaycanlı iştirakçının performansı bütün münsifləri döndərməyə kifayət edib.
 
Hadisə və Sibel Can Zülfünü öz komandalarında görə bilmək üçün sözün əsl mənasında mübarizə aparıb. Ancaq buna baxmayaraq təmsilçimiz Gökhan və Hakanın komandasını seçib. Zülfünün bu gözlənilməz seçimi hər kəsi təəccübləndirib. 
 
Nazim Babayev
BAKU.WS