VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Bir neçə ay öncə "Coffeeshop Company Azerbaijan”da xoşagəlməz hadisə baş vermişdi.

BAKU.WS xatırladır ki, jurnalist Rəhman Hacı özünün "Facebook” profilində "Coffeeshop Company Azerbaijan”da dincəlmək üçün məkana girən yaşlı adama qarşı hörmətsizlik etməsindən yazmışdı.

Lakin adıçəkilən məkanın rəhbərliyi məsələ ilə bağlı olayı inkar etmişdi.

BAKU.WS bu dəfə də adıçəkilən kafe ilə bağlı baş verən növbəti qalmaqala reaksiya verib.

Belə ki, sosial şəbəkədə piar işləri ilə sosial media marketinq işi ilə məşğul olan Samir Rzayev olduqca xoşagəlməz hadisə ilə qarşılaşıb və bu haqda "Facebook” səhifəsində yazıb.

Oxuculara həmin paylaşımı təqdim edirik:

"Başınıza elə bir iş gəlibmi ki, sizə sifariş edib, sonra da ödəmə etməsinlər? Şəxsən mən belə bir olayı xatırlamıram. Hətta heç vaxt düşünməzdim ki, kifayət qədər imkanlı şəxslər, xüsusilə də "Coffeeshop Company Azerbaijan”ın sahibi belə bir hərəkət etsin!

Biz elə də böyük olmayan komanda ilə sosial media marketinq işi ilə məşğuluq. Heç kimə də bu işin nədən ibarət olduğu sirr deyil.

Günlərin birində "Coffeeshop Company Azerbaijan”a sosial şəbəkələrdə kafenin reklamı ideyasını təklif etdim. Kafenin sahibəsi ilə görüşdüm. Onunla işin detallarını müzakirə etdik, işin sxemini cızdıq.

Danışıqlara əsasən, biz onlara bunları vəd etdik:

-Gündəlik olaraq Azərbaycan və rus dillərində 2 paylaşım edəcəyik.

-Foto-çəkiliş

-"Facebook”da ödənişli reklam və əlavə variantlar

-Kafenin sahibəsi ilə razılığa gəldik ki, bir həftə ərzində gördüyümüz işə nəzarət edilsin. Daha sonra isə qərar verilsin. Əgər işimiz onun xoşuna gəlməsə, yollarımızı ayıraq.

Bir həftə keçdi, işimizə qarşı heç kimin bir iradı olmadı. Yəni hər şey danışdığımız kimi gedirdi. Daha sonra isə qarşı tərəf bizimlə işləmək istədiyini bildirdi. Lakin iş birliyinin vaxtını növbəti vaxtdan təyin etdi. Bunun düzgün olmadığını bilirdim. Amma xanıma etiraz etmədim. 
Və gözəl günlərin birində baxdım ki, "İnstagram”da məni səhifənin adminliyindən çıxarıblar. Ümumiyyətlə, səhifəni başqa adamlar işlədir.
Kafenin sahibəsinə zəng edib, nə baş verdiyini ondan soruşdum. O da "biz dostlarımız var, hansı ki, bundan sonra onlarla işləməyi düşünürük” – dedi. Mən ona bildirdim ki, onların bu addımı yanlışdır. Mən sınaq müddətindən artıq işləmişəm. Səhifəni xeyli qaldırmışam. Məni admin səhifədən silməzdən öncə bununla bağlı ən azından öncədən məlumatlandırılmalıydım.
Bir sözlə anladım ki, kafe sahibəsi məni aldadıb. Burada söhbət hansısa böyük məbləğdən deyil, əməyimə, əziyyətimə edilən haqsızlıqdan gedir.
Mən də səhifənin parolunu dəyişdim və gözlədim. Bir müddətdən sonra həmin qadın mənimlə əlaqə saxladı. Əvvəlcə mədəni danışdı, daha sonra isə məni polislə hədədlədi”.
Samir Rzayev daha sonra isə həmin kafe tərəfindən hüquq mühafizə orqanlarınə haqqında şikayət olunduğunu qeyd edib. Əlindəki dəlilləri təqdim etdikdən sonra azadlığa buraxıldığını vurğulayıb.
 
 
Aysel.Ş
BAKU.WS