SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə ATV-də yayımlanan "10-dan sonra” verilişində qonaq olub.

BAKU.WS xəbər verir ki, aktrisa verilişdə aparıcı Yusif Ağayeva mərhum anasından söhbət açıb.

"Mən qızım üçün yaşayıram. Anam dünyasını dəyişəndən sonra sakitləşmirdim. Göz yaşlarım qurumurdu. Bir gün yuxuda gördüm ki, anamı aparırlar qəbirə qoymağa, suyun içərisindədir… Həmin an ona yaxınlaşdım. Dedim ki, ana qalx b uradan, əgər bu dəqiqə qalxmasan, özümü öldürəcəyəm. Anam da dedi ki, Məleykə, sən məni rahat yatmağa qoymursan. O qədər ağlayırdım ki... Qəbirdən durdu, əlini qarın nahiyəmə çəkdi, dedi ki, sənə bir qız övladı verirəm, get başın ona qarışsın. Onu da deyim ki, mən neçə dəfə hamilə qalırdım. Amma uşaqlar vaxtından əvvəl doğulurdu və ölürdü. Qızım Gülər də vaxtından əvvəl dünyaya gəldi. Qızım Güləri mənə anam yuxusunda verdi. Anam dünyasını dəyişəndə mən hamilə idim” – deyə, M.Əsədova deyib.

Verilişdən olan görüntüləri oxuculara təqdim edirik:

BAKU.WS
Aysel.Ş