SİZİN REKLAM BURADA!
055 213 76 73



Prodüser Tolik növbəti qalmaqallı açıqlamasını verib.

BAKU.WS-in məlumatına əsasən o, "İnstagram” bloqunda Aşura günü ilə bağlı al-qan içində olan azyaşlı oğlan uşaqlarının foto-kollajını paylaşıb və buna sərt reaksiyasını bildirib. O, Aşurada özünə zəncirlə, xəncərlə xəsarət yetirənləri qınayıb. Kərbəla şəhidlərinə bu cür yas saxlamağın cahillik olduğunu vurğulayıb.

"Aşura günü özünü qanına qəltan edən yalnız cahil ola bilər. Şəkildə gördüyünüz uşaq heç bilmir ki, eltdiyi hərəkət nədir. Başqasına baxıb, o da özünü bu günə qoyur. Ağlı başında olan insan, qanını boş yerə axıdınca, xəstəxanalara gedib, qan versə yaxşıdır. Bununla qana ehtiyacı olan insanların ömrünü uzadar. Allahı, imamları sevmək,  yalnız özünü döymək, başını yarıb, qanını axıtmaqla olmur. Yası qəlbdə tutmaq lazımdır, gözə soxmaq lazım deyil” – deyə, prodüser qeyd edib.
 
Aysel.Ş
BAKU.WS