SİZİN REKLAM BURADA!
055 213 76 73



Bəstəkar-müğənni Rəhim Rəhimlinin keçmiş duet ortağı Samrina Hüseynova yenidən şou-biznesə qayıdıb. 

BAKU.WS-ə açıqlama verən ifaçı bildirib ki, yeni ifa etdiyi "Mən sevirəm” adlı bəstə ilə şou-biznesdəki fəaliyyətini bərpa edib. 

"Yenidən şou-biznesə qayıtdım. Çünki məni yaşadan sənətimdir. 2008-ci ildə ifa etdiyi "Hardasan” adlı mahnım mənə çox uğur gətirdi. İnanıram ki, yeni ifa etdiyim "Mən sevirəm” adlı mahnı da mənə uğur gətirəcək. Bəstənin sözləri, musiqisi, aranjimanı həmkarım Elnar Xəlilova məxsusdur. Layihənin rəhbəri prodüser Roland Bayramovdur. Bilirəm ki, şou-biznes olan yerdə söz-söhbətlər də var. Amma mən qalmaqalla gündəmdə qalmaq istəmirəm. Yalnız sənətimlə irəli gedəcəyəm ” – deyə, müğənni bildirib.
 
Qeyd edək ki, S.Hüseynova illər öncə R.Rəhimli ilə duet ifa edib. Lakin bəzi problemlərə görə yaradıcılığına görə, sənətdən getmişdi.  
 
Onun yeni mahnısını oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS