VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 


Stilist Samiraldonun (Samir Əliyev) BAKU.WS-ə müsahibəsi:

-Məşqçi Kamil Zeynallı ilə aranızda yaşanan xoşagəlməz insidentdən bir neçə gün keçsə də, yenidən mövzuya qayıtmaq istəyərdik. Kamilin sizə qarşı olan aqressiyasının kökündə nə dayanır?

- O, paxıllıqdan, gözügötürməzlikdən belə edir. Onun mənə qarşı güc tətbiq etməsi əlbəttə ki, sifarişlidir. Bu, kiminsə sifarişi olub, hansısa müğənninin... Bu da kimi isə qıcıqlandırdı. Amma bu məni heç də məyus etmir, çünki mən çox mədəni və yerimi bilən insanam. Mən axır vaxtlar çox gündəmdə oldum. Əminəm ki, o insan hərəkətlərindən peşman olacaq. Mən öyrənmişəm... 40 yaşım var. 40 ildə çox zərbələr almışam, əziblər, vurublar. Yəni mən hər daim çalışmışam ki, özümü belə insanlardan, məlun adamlardan qoruyum.
 
-Doğrudur ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcəksiniz?
 
-O, mənim şərəf və ləyaqətimə toxunub. Məni yüzlərlə insanın yanında biabır edib. Mənə fiziki zərbələr endirib. İşimlə əlaqədar, nüfuzuma xələl gətirib. Bu insan atamanlıq edir, deyir ki, mən heç kimdən qorxmuram. Kimə gedib, deyir desin, mən Azərbaycan qanunlarına riayət etmirəm, gücüm də var. O, bu sözləri məhz mənə dedi. Mənə hətta xəbərdarlıq da göndərib ki, Samiraldonu harada görsəm, məhv edəcəyəm. Açığı, bu hədə-qorxular, söz-söhbətlər çoxdandır ki, vardı. Yəni mən dəfələrlə tədbirlərə getmişəm. Amma məni həmin tədbirlərdən uzaqlaşdırıb. Fanatlarımı, sevənlərimi ağır söyüşlərlə təhqir edib. Əlbəttə ki, mən bu dövlətin qanunlarına inanmışam. Mən bu insanı qanuni şəkildə cəzalandıracağam. Onu da deyim ki, bu insidentdən öncə düz iki məclisdə Kamil məni gördü, nəsə etmək istədi. Yanımda olan bəzi adamlara görə yaxınlaşmadı. Amma sonuncu dəfə əlinə fürsət düşdü. Mikrofonu götürüb, məni təhqir etdi. Mənim köməkçimə də əl qaldırdı. Mənim üzərimə hücum çəkdi. Süfrədə olan su şüşələrini, meyvələri, bir sözlə, əlinə keçənləri üstümə atmağa başladı. Azmış kimi, insanları mənə qarşı çıxmağa çağırdı. Onun bu davasından sonra çoxlu zənglər oldu, məni Azərbaycandan çıxıb getməyə məcbur etdilər. Hətta aralarında ölümlə təhdid edənlər də tapıldı. Mən də susdum, heç nə demədim...

-Kamili müsahibəsində deyib ki, siz azyaşlı uşaqlara pis təsir edirsiniz. Əsas da cinsi orientasiyanız müzakirə mövzusudur... Sosial şəbəkələrdə paylaşdığınız videolarınız isə əxlaqsızlıqdır.
 
-Öncə onu deyim ki, mən heç biz zaman söyüşlə danışmıram. Bu günə qədər isə cinsi orientasiyamı insanlara nümayiş etdirməmişəm. Açıq şəkildə əxlaqsız ifadələr işlətməmişəm. İnsanları təhqir etməmişəm. "İnstagram” bloquma da baxa bilərsiniz. "Samiraldonun bir günü” – adı ilə videolar paylaşıram. Mən yanacaqdoldurma məntəqəsinə gedirəm. Yaxud da gedib, qəlyan çəkirəmsə, zarafatyana ifadələr işlədirəm, söyüş söymürəm. Mən söyüş söymürəm, səhifəmdə elitar insanlar - müəllim, həkim və prokurorlar var. Hamı məni izləyir. Mən uşaq evində böyümüşəm. Hökumətdən tərbiyə almışam. Sizcə, mən söyüş söyə bilərəm? Bu dünyada 40 ildir yaşayıram. Bu illər ərzində kimsə deyə bilməz ki, mən kimi isə təhqir etmişəm, söyüş söymüşəm. Kiminsə var-yoxuna, namusuna toxunmamışam. Amma o insan mənim sevənlərimi, qadınları, anaları, bacıları təhqir edir. Onun səhifəsi başdan-başa söyüşdən ibarətdir. Birinci gedib, öz səhifəsinə baxsın. Bu söyüşləri söyən adam kişidir? Bir insan məni sevir. Sənin nə ixtiyarın var ki, onun "Direct”inə yazırsan ki, sənin var yoxunu...Yazır ki, görüm, balan Samiraldonun günüdə olsun... Məni hamı sevir, hətta uşaqlar da. İnsanların mənə olan sevgisini pulla almamışam. Mən heç vaxt insanlara hörmətsilik edə bilmərəm.

-Adətən, bu kimi hallarla əlaqədar məhkəməyə müraciət edəndə, mənəvi ziyana görə maddi təzminat tələb olunur. Siz Kamil Zeynallıdan hər hansı bir məbləğdə təzminat istəyəcəksiniz?
 
-Allaha çox şükür, mənim heç nəyə ehtiyacım yoxdur. Öz pulumu qazanıram. O, mənim şərəf  və ləyaqətimə toxunub.  İnsanların yanında mənim nüfuzumu aşağı salıb. Buna görə də qanun qarşısında cavab verəcək.
 
Aysel.Ş
Fotoqraf: Fuad Ələsgərov
BAKU.WS