SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 5-də "Gənclik Mall” Ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən "CinemaPlus” kinoteatrında "Əli və Nino” filminin yaradıcı kollektivinin iştirakı ilə mətbuat konfransı keçirilib. 

Mətbuat konfransında filmdə baş rolda çəkilmiş aktrisa Mariya Valverde, prodüser Kris Tikye, ssenari müəllifi Kristofer Hempton, aktyorlar – Azərbaycanın əməkdar artisti Mehriban Zəki, həmçinin Numan Akar, Pərviz Məmmədrzayev, Cümşüd Zeynalov iştirak etmişdir.   

Mariya Valverdenin sözlərinə görə, o, yaradıcı karyerasında ilk dəfə idi ki, qafqaz qadını rolunu oynayırdı. Aktrisa etiraf etdi ki, bir daha Azərbaycana gəlmək imkanı əldə etməyə şad olardı və özünü burada evindəki kimi hiss edir.

KİV nümayəndələrinin çəkiliş prosesi zamanı yadda qalan anlarından olan suallarına cavab verən Numan Akar, qeyd etdi ki, filmdə maraqlı hadisələr çoxdur, odur ki, onlardan hansınısa fərqləndirmək çətindir.   

Filmin ssenari müəllifi, Academy Award mükafatının laureatçısı Kristofer Hempton bildirdi ki, əsərdə təsvir olunan hadisələr çox  intensivdir. 

Prodüser Kris Tikyenin sözlərinə görə, film noyabrın ortalarında Los-Ancelosda (ABŞ) təqdim olunacaq. Həmçinin filmin başqa ölkələrdə də təqdimatı planlaşdırılır.  
Mətbuat konfransı zamanı Mehriban Zəki, Pərviz Məmmədrzayev və Cümşüd Zeynalov filmdə əks etdirdikləri obrazları haqqında danışdılar. 

 "Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri – Kris Tikye, rejissor – BAFTA mükafatını qazanmış Asif Kapadia,  ssenari müəllifi  - Academy Award mükafatı laureatı Kristofer Hemptondur.

Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbəti haqqında danışır. Film 2015-ci ildə çəkilmişdir. Çəkilişlər Bakıda – tarixi Köhnə şəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustan, Xınalıq və başqa yerlərdə aparılmışdır.      

 "CinemaPlus” hər zaman sizlərə xoş hisslər bəxş etmək və kinomatoqrafiyada çəkiləcək ən son premyeralar ilə sevindirməyə hazırdır!
 
BAKU.WS