VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 


 

Dünya şöhrətli italyalı aktrisa Ornella Muti "Veçernıy Urqant” verilişinin qonağı olub.

BAKU.WS xəbər verir ki, 61 yaşı olmasına rəğmən cazibədarlığını qoruyub-saxlayan  aktrisa cavan və gözəl qalmağının sirrini rus kökənli olması ilə əlaqələndirib.

Yeri gəlmişkən, qeyd edək ki, Ornella Muti 2013-cü ildə Bakıda "Crystall Plaza”da keçirilən San-Remo ulduzlarının konsertində aparıcı olub.

Hətta həmin ərəfədə İtaliyanın kino divası sosial şəbəkələrdə sözügedən konserti fantastik, Azərbaycanın paytaxtını isə çox gözəl adlandırmışdı. Məhz buna görədir ki, aktrisa 2015-ci ildə yenidən paytaxtımızın qonağı olmuşdu.

BAKU.WS  oxucularına İvan Urqantın aparıcılığı ilə, "Veçernıy Urqant” verilişinin Ornella Mutinin qonaq olduğu buraxılışını təqdim edirik:

Aytən.H
BAKU.WS