SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Limfaqranulematoz xəstəliyi ilə (ağciyər xərçəngi) əlaqədar Almaniyada ilik transplantasiyası olunan və uzun illər müalicə alan Hacı Nuran (Hüseynov) sosial şəbəkədə diqqət çəkən foto-paylaşım edib.

BAKU.WS xəbər verir ki, aparıcı qan xərçəngi (leykoz) xəstəliyinə yoluxan rejissor Şahin Zəkizadəyə baş çəkib.

Hacı Nuran xəstəxanada çəkilən fotoya "Şahini ziyarət etdik, Allah şəfa versin”, - qeydini yazıb.

Əlavə edək ki, bu günlərdə qan xərçəngi xəstəliyinə düçar olduğu məlum olan Ş.Zəkizadənin müalicəsi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Hacı Nuranın Şahin Zəkizadə ilə birgə çəkilən fotosunu oxuculara təqdim edirik:

Aysel.Ş
BAKU.WS