SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyalı yumorist Maksim Qalkin İstanbuldakı konsertini təxirə salıb.

BAKU.WS xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

Qalkin konserti üçün aldığı bütün qonorarı Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım məqsədilə bağışlayacaq.

Onun sözlərinə görə, on minlərlə insanın həyatına son qoyan faciə ilə əlaqədar fevralın 14-nə planlaşdırılan İstanbul şousunun aprelə təxirə salınması qərara alınıb.

"Türkiyə xalqına ən səmimi başsağlığımı bildirirəm. Qərara gəldim ki, İstanbuldakı konsert üçün alacağım qonorarı bütövlükdə zərərçəkənlərə yardım fonduna köçürüm".

Sənətçi bildirib ki, konsert 27 aprelə təyin edilib.

BAKU.WS
VİDEO