SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyaca məşhur müğənni Castin Biber yeni xəbərlə gündəmə gəlib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi musiqilərinin yayım hüququnu və bəzi qeydlərini "Hipgnosis Songs Capital"a 200 milyon dollara (340 milyon AZN) satıb.

Satışa Castinə aid 290 mahnının daxil olduğu bildirilib. Bu kompozisiyalar arasında Biberin hit olan "Baby" və "Sorry" mahnıları da var.

Xatırladaq ki, “Hipgnosis Songs Capital” şirkəti bundan əvvəl Castin Timberleykin də mahnı hüquqlarını satın alıb. Bunun üçün şirkət Timberleykə 100 milyon dollar (170 milyon AZN) ödəmişdi.

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA