VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Tanınmış azərbaycanlı model Günay Musayevaya əri 40 min lirə təzminat ödəyib.


BAKU.WS məlumat verir ki, Azərbaycanın tanınmış modeli həyat yoldaşı Tolqa Karellə rəsmi boşandıqdan sonra ona təzminatla bağlı məhkəmə iddiası qaldırıb. 


Məhkəmənin qərarı ilə evdəki paltaryuyan maşınla televizor Günay Musayevada qalıb. Bundan əlavə, aktyor qarşı tərəfə 40 min Türk lirəsi təzminat ödəyib.

 

Tolqa Karel oğlunun təhsil və xəstəxana xərclərini qarşılamaqla yanaşı, qadına 500 Türk lirəsi aylıq yardım edəcəyini bildirib.

 

Xatırladaq ki, Günay Musayeva və Tolqa Karel 2011-ci ilin avqust ayında ailə qurmuşdular. Cütlüyün bu nikahdan Cahangir adlı 3 yaşında bir övladı var.

 

 
BAKU.WS