SİZİN REKLAM BURADA!
055 213 76 73




Türkiyədə yaşayan tanınmış azərbaycanlı model Könül Əziz növbəti fotosessiyasını təqdim edib. 

BAKU.WS xəbər verir ki, onun yeni "Gəl ey səhər” adlı fotosessiyası Bakıya həsr olunub. 

"Bu şəkilləri çoxmərtəbəli bir binanın üstündə, səhər saat 5-də çəkdirmişəm. Çəkiliş günü hava çox küləkli idi. Hətta çəkilişi dayandırmaq da istəyirdik. Amma mən riski sevirəm, çəkilişi təxirə salmadım. Yüksəklikdə şəkil çəkdirmək həqiqətən çox riskli və həyəcanlı idi. Bu layihəni Bakıya həsr etməyim isə əbəs yerə deyil. İllərdir Türkiyə yaşayıram, burada Bakı üçün darıxıram. Həyatımın ən özəl illərini Azərbaycanda keçirmişəm”, - deyə, K.Əziz deyib.
 
Qeyd edək ki, K.Əzizin şəkillərini fotoqraf Əlibəy Sadıqlı çəkib. 
 
Libasların dizayneri isə Gülüm Əsədullayevaya həvalə olunub. 

Aysel.Ş
BAKU.WS