VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prodüser Təranə Səmədova keçmiş həyat yoldaşı, müğənni Kərim Abbasovu ata olması münasibəti ilə təbrik edib. 

BAKU.WS xəbər verir ki, prodüser "İnstagram” bloqunda K.Abbasovun yeni doğulan körpəsinin fotosunu paylaşaraq, keçmiş həyat yoldaşının ata olmasına çox sevindiyini yazıb. 

"Kərim bu fotonu paylaşdı, mən görəndə çox təsirləndim. Nə yalan deyim, Kərim Abbasov həyat yoldaşım olduğu dönəmlərdə və sonra həqiqətən də övlad sahibi olmaq arzusu ilə alışıb-yanırdı. Bu gün Kərimin sevincini hiss edib gözüm doldu. Ona şərik də oldum. Allaha and olsun ki, zərrə qədər artistlik etmirəm. Edirəmsə, Allah bəlamı versin. Allah səni oğullu-qızlı etsin. Bu gün övlad sahibi olduğuna çox sevindim” , deyə T.Səmədova yazıb.

Qeyd edək ki, K.Abbasov prodüser T.Səmədova ilə ayrıldıqdan sonra Təranə adlı xanımla ailə qurub. Cütlüyün Seyid adlı bir oğlu var. Onlar ikinci övladına Yusif adını qoyub.

Aysel.Ş
BAKU.WS