SİZİN REKLAM BURADA!
055 213 76 73



Haqlarında ən çox danışılan cütlük olan Bred Pitt və Ancelina Coli boşanma qərarı alıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Ancelina əri Bredin ona xəyanətinə görə boşanmaq qərarını verib.

B.Pitt isə məsələyə münasibət bildirərkən, "Mən bu hadisəyə görə çox kədərlənirəm. İndi vacib olan uşaqlarımızın sağlamlığıdır. Mən mətbuatdan xahiş edirəm ki, bu çətin dövrə onlara toxunmasınlar”,- deyib.

Qeyd edək ki, Bred Pittin adı 40 yaşlı aktrisa Mariyon Kotiyyarla hallanır.
 
Xatırladaq ki, cütlük 10 illik münasibətdən sonra 2014-cü ildə evlənmişdi. Onların 6 övladı var. Onlardan 3-ü öz övladı, digər 3-ü isə övladlıqdır.
 
Aysel.Ş
BAKU.WS