SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı tanınmışlar sosial şəbəkələrdə analarını ad günü münasibətilə təbrik ediblər. 

BAKU.WS xəbər verir ki, onlar arasında aparıcı Lalə Mustafayeva və müğənni Aynur Dadaşova olub.

Lalə Mustafayeva 40 ildir müəllim işləyən anası Roza Kərimovanın fotosunu paylaşaraq ona xoş sözlərini bildirib: 

"Allahıma min şükür ki, sən mənim anamsan. Yeni yaşın sənə sağlam, uzun ömür, gözəl, xoşbəxt həyat nəsib etsin. Sən mənim ən böyük məhəbbətimsən. Doğum günün mübarək!"

Ötən gün müğənni Aynur Dadaşovanın da anasının ad günü olub.

Sənətçi valideyninin şəklini paylaşaraq onu yeni yaşı münasibətilə təbrik edib: 

"Canım anam, Allah sənə can sağlığı versin, ad günün mübarək!"

BAKU.WS