VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Səməd Səmədov paytaxt məkanlarının birində özünı doğum günü mərasimi keçirib. 

Bu barədə BAKU.WS-ə müğənninin prodüseri Rövşən Cəfərov məlumat verib. 

"Əslində, Səməd bəy doğum gününü elə də təmtəraqlı qeyd etməyi sevən insan deyil. Sadəcə, ailə dostları ilə restoranda bir araya gəldi. Gecədə ona sürpriz hədiyyə də bağışlandı. Bu hədiyyənin nədən ibarət olduğunu isə öncədən demək istəmirik. Zamanla hər şeyi biləcəksiniz”, - deyə R.Cəfərov deyib.
Qeyd edək ki, S.Səmədovun doğum gününə xalq artisti Təranə Muradova, əməkdar artistlər İlqar Muradov və Almaz Ələsgərova da qatılıb.  
 
Mərasimdən olan fotoları oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS