SİZİN REKLAM BURADA!
055 213 76 73




BAKU.WS.Az axşam.az-a istinadən Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin "Esquire" dərgisinə müsahibəsini təqdim edir.

- Bir qisim adamların aşiq olduğu qadın olmaq istəmirəm. Hər kəslə arama məsafə qoyduğum dövrdəyəm. Nə bir pop ulduzuyam, nə də film sahəsinin kraliçasıyam. Heç bir yerə aid olmaq istəmirəm, şəxsiyyətim oynadığım rolların belə önünə keçib.

- Həyat hekayənizdən bəhs edə bilərsiniz?

- Bakıdan İstanbula qədər olan bir köçkünlük ərəfəm var. 5 yaşımdan 11 yaşıma, yəni anamla tək İstanbula gələnə qədər balerina dərsi aldım. Nə yaxşı ki, məni başa düşən anam var. Anam "Nəsrin, sənətçi olmalıdır" dediyi an Bakıdan Türkiyəyə gəldik.

- İstanbula rahat öyrəşə bildiniz?

- Şişli Terakki Liseyindən evə qayıdanda ağlayan balaca bir qız uşağı idim. Geri dönmək istəyirdim. Çünki türk dilim dostlarım arasında lağ yeri olmuşdu. Türk dilimi təkmilləşdirmək üçün xüsusi dərslər aldım və böyük əmək sərf etdim.

- Günlərinizi necə keçirirsiniz?

- 10 ildir eyni idman salonuna gedir, ciddi idmanla məşğul oluram. Hər gün mütləq 50 səhifə kitab oxuyuram. 1 saat pişiklərimlə oynayıram və özümü məni həyəcanlandıran şeylərə həsr edirəm.

- Sosial şəbəkələrin fəal istifadəçisisiniz...

- Sosial şəbəkə filmə çəkilmədiyim ərəfələrdəki əyləncəmdir. İnstaqram paylaşımlarımda sevgili axtarmağımın düşünülməsi məni kədərləndirir. Halbuki, mən xəyali sevgiliyə aşiqəm. Bunu etməsəm, yaza, çəkə, icad edə bilmərəm.

- Özünüzü asosial biri kimi təqdim edirsiniz...

- Həyatım anam, 3 dostumdan ibarətdir. Bir də dörd pişiyim var. Həyatıma yeni birini daxil etməkdən çəkinirəm. Bu barədə peşmanlıq yaşamaq qorxum böyükdür. Bütün işi-gücü özü olan, daha yaxşı insan və aktrisa olmağa çalışan biriyəm.

- Həyatınızdakı ən önəmli rolu ananız oynayır?

- Anamın gənc yaşında başqa bir ölkədə ayaq üstə dayanmaq üçün əziyyət çəkməsi, çətinliklərə meydan oxuması, onları bir-bir keçməsi gücümün mənbəyi oldu. Mən də İstanbulun ən çətin məktəblərindən birində oxudum. Anam bütün obrazları oynamaq məcburiyyətində qaldı: nənəmi, babamı, həyatımda olmayan hər kəsi. Buna görə də sevdiyim insanların məni bəyənməsini çox istəyərəm.

- Aktrisa olmağa necə qərar verdiniz?

- Marmara Universitetinin Gözəl Sənətlər fakültəsinə istedad kastinqlərinə girib, televiziya və film bölümünü qazandım. Avşar film studiyasının "üzüm gözlü qız axtarılır" elanı diqqətimi çəkdi. Üzüm gözlərim işə yaradı və ilk filmdə baş rolda oynadım.

- Birlikdə çalışmaq istədiyiniz rejissor var?

- Reha Erdemin yaratdığı dünyaya, hisslərinə və gözünə heyranam. Təsirləndiyim və işləmək istədiyim rejissorların başında Reha Erdem var.

- Bu il sizi yeni filmdə görəcəyik?

- Bu aralar olmayacaq. Yay ərəfəsində gələn ssenariləri oxudum. Adi biri olmaq və özümü təkrarlamaq istəmədiyim üçün gələn rol təkliflərini qəbul etmədim. Ən böyük kriteriyam yeni bir şey etməkdir.
 
- 9 illik bir münasibətin ardından yalnızlığı seçmisiniz...

- Bitmiş bir münasibətin arxasınca danışmaq istəmirəm. Keçmiş sevgilim film sahəsindəki uğurlarımda məni çox dəstəklədi. Məni olduğum kimi edən ən önəmli şey münasibətimdir. Həyatdakı ən önəmli dönüş nöqtəm budur. Hələ də anam qədər sevdiyim tək insanın o olduğunu düşünürəm.

- Bundan sonra həyatınıza necə bir kişi girə bilər?

- Bundan sonra adi münasibət yaşaya bilmərəm. 3 ildir həyatımda heç kim yoxdur. Ömrümün üçdə birini bir adamla keçirdim. Sevgini ən gözəl halı ilə yaşadım. Bu, hər kəsin başına gələcək hadisə deyil. Eyni zamanda insanın standartlarını formalaşdıran bir şeydir. Dəqiq və nə istədiyini bilən kişiylə münasibət yaşadım. Ondan sonra sehirli olmağa çalışan, qadınları arxasınca aparan, planlarla hərəkət edən bir kişi ilə münasibət qura bilmərəm. çünki belə yaşayan bir erkəyin varlığına şahid oldum.

- Özündənrazı bir görünüşünüz var.

- Bir sevgili və ya mediada baş verən qalmaqalla bu hala gəlmədim. Olduğum kimi və etdiyim işlərlə sevildim. Sağımda, solumda, arxamda mənə "İrəli get" deyən fiqur olmadı. İnsanlığım oynadığım rolların və aldığım mükafatların önünə keçdi.
 
BAKU.WS