SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Lalə Məmmədova "Retro Bakı” layihəsi çərçivəsində konsert verəcək.

BAKU.WS xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən reallaşdırılan layihə -konsert sentyabrın 18-də, saat 18:00-da Fəvvarələr Meydanında olacaq.

Bu həftə "Retro Bakı”da  Lalə Məmmədova ilə yanaşı, əməkdar artist Cavan Zeynallı, Ceyhun Bakinski, Yaşar Cəlilov, Şəbnəm Qəhrəmanova və Səbinə Əsgərova da iştirak edəcəklər.

Qeyd edək ki, sözügedən konsert pulsuzdur. İstənilən adam müğənnilərimizin canlı ifasını dinləyə bilərlər.
 
Aysel.Ş
BAKU.WS