VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Eurovision 2011"in qalibi Nigar Camal bir neçə gündür yaşadığı London şəhərindən Bakıya qayıdıb. 

Primetime.az xəbər verir ki, Bakıda yaxın dostları, tanınmış aparıcı Nurlana Cəfərova və şairə Zəhra Bədəlbəyli ilə görüşən müğənni ötən gün birlikdə əylənərək, vaxt keçirməyə qərar veriblər. Əvvəlcə paytaxt restoranlarının birində oturaraq söhbətləşən rəfiqələr, daha sonra bulvara gedərək asudə vaxtlarını səmərəli keçiriblər.

N.Camal rəfiqələri ilə əyləndiyi zaman çəkdiyi görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. Otluğun üzərində oturan xanımlar mahnı oxuyan zaman lentə alınmış videonu izləyiciləri ilə bölüşərək, "Sevgili yox, problem yox" sözlərini qeyd ediblər.
 
BAKU.WS