SİZİN REKLAM BURADA!
055 213 76 73




Dünya şöhrətli kinoaktrisa Monika Belluççi Venesiya Kino Festivalında bütün diqqətləri öz üzərinə çəkib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ötən gün aktrisanın çəkildiyi  "Süd yolu ilə” ("On the Milky Road” - rejissor Emir Kusturitsa) adlı filmin premyerası olub. 

M.Belluççi həmçinin "Paris Match” həftəlik fransız jurnalının üz qabığında çılpaq görüntülənib.

Sentyabrın sonlarında 52 yaşı olacaq aktrisa hovuzda açıq-saçıq şəkilləri ilə diqqət çəkib.
 
O, dərgiyə müsahibəsində - "Yaş ötdükcə şəhvət və istək azalmır. Əksinə, insan yaşa dolduqca, seks daha gözəl olur. Gənc ikən seks tamamən hormonal istəklərə bağlıdır. Yəni səni hormonların idarə edir. Yaşlandıqca isə sevgi və seks bir-biri ilə uyğunlaşır. Mən aşiq olmasam, sekslə məşğul olan zaman çox çətinlik çəkirəm” – deyə, Monika bildirib.
 
Aysel.Ş
BAKU.WS