VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə yayımlanan evlilik proqramında azərbaycanlı iştirakçı ilə bağlı xoşagəlməz anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, Zühal Topalın evlilik verilişinə qatılan İlqar adlı iştirakçı türkiyəli Büşra ilə nişanlandıqdan sonra problemlərlə qarşılanıb.
Daha dəqiq söyləsək, Elvina adlı azərbaycanlı qadın verilişə zəng edərək, İlqarın onunla evli olduğunu söyləyib. Hətta onların 9 yaşında bir qızının olduğunu iddia edib. 

Veriliş zamanı İlqarın qucağında balaca qız uşağı olan şəkil də yayımlanıb. İlqar isə fotonun çoxdan çəkdildiyini deyib:

"6-7 il öncə Azərbaycanda yaşayanda sevgilim vardı. Həmin qız o qadının uşağı idi. Bu yaxınlarda mənə zəng etdi, dedi ki, səni unutmamışam. Mən də ona dedim ki, indi həyatımı qurmağa çalışıram. O da dedi ki, mən səni biabır edəcəyəm, evlənməyinə, xoşbəxt olmağına imkan verməyəcəyəm”.
 
İlqar həmin qadından DNT testini tələb edib.
 
Həmin qadının ona şər atdığını bildirib.
 
Studiyada baş verən həmin görüntüləri BAKU.WS oxucularına təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS