SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Dünyaca məşhur ulduzların Azərbaycanda konsertlərini təşkil edən Anar Reyband "İnstagram” bloqunda maraqlı paylaşımlar etməkdədir.

BAKU.WS xəbər verir ki, təşkilatçı hazırda II Ümumdünya Köçəri Oyunları ilə əlaqədar Qırğısıstanda səfərdədir.

Onun öz bloqunda paylaşdığı foto və videolarında məşhur Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqalın da qatıldığı diqqətdən yayınmayıb. 
 
Həmin foto və videoları təqdim etməzdən öncə xatırladaq ki, Stiven Siqal ötən ilin dekabrında Bakıda Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış etmişdi. 
 
Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Hətta o, musiqiyə aktyorluqdan çox daha əvvəl başlayıb və əsasən blüz janrına üstünlük verib.
 
İsık-Göl bölgəsində 23 idman növü üzrə keçirilən oyunlarda 53 ölkədən təxminən min idmançı iştirak edir. 
 
Aytən.H
BAKU.WS