SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin unudulmaz filmlərindən olan "Selvi Boylum, Al Yazmalım"da Cemşit və Asya obrazını canlandıran Türkan Şoray ilə Ahmet Mekin illər sonra bir araya gəliblər.

BAKU.WS xəbər verir ki, Bandırma Bələdiyyəsinin təşkil etdiyi kitab günlərinin qonağı olan məşhur sənətçilər böyük maraqla qarşılanıb.

İki ustad aktyorun görüntüləri mediada və sosial şəbəkələrdə yayılıb.

Onları uzun müddət sonra birgə görən istifadəçilər bu görüntüləri maraqla qarşılayıb.

Mekin "Türkan çox istedadlı və zəhmətkeş qadındır. Gücü onu sultanların sultanı etdi", - deyə Şorayın ünvanına təriflər səsləndirib.

BAKU.WS
VİDEO