SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Aygün Kazımovanın Almaniyada keçirilən "Daf Bama Music Awards 2016" beynəlxalq mükafatlndırma mərsimində erməni təxribatının qarşısını alması haqda xəbər vermişdik.

A.Kazımova BAKU.WS-ə açıqlamasında məsələyə yenidən qayıdıb. Sənətçi yerli mətbuatda açıqlamasının yalan olması iddiasına münasibət bildirib:
 
"Siruşonun "Sarı gəlin” mahnısını oxuyacağını 3 saat əvvəl məşq prosesində bildik. Komanda olaraq böyük şok yaşadıq. Çünki onun "Sarı gəlin” mahnısını oxuyacağı haqda heç yerdə məlumat yox idi. Ermənilər Azərbaycan musiqisini növbəti dəfə beynəlxalq arenada öz adlarına çıxarmaq istəyini son məşq prosesinə kimi gizli saxlamağı bacarmışdı. Vaxtın az olduğundan ilk növbədə təşkilatçı və rejissora etirazımızı bildirdik. Çünki hər dəqiqə bizim üçün böyük müddət idi. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə və İdman və Gənclər Nazirliyinin əməkdaşına məlumat verdim. Azərbaycandan isə Berlindəki səfirimiz Pərviz Şahbazov məlumatlandırıldı. Azərbaycanın Berlindəki səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Sara Abbasova dərhal mənimlə əlaqə saxladı. Məsələyə dövlət səviyyəsində müdaxilə olundu”. 
 
A.Kazımova bildirib ki, Almaniya səhnəsində çıxışdan imtina etməyi belə düşünüb:
 
"Nazirliyə çıxışdan imtina edəcəyimi dedim. Lakin onlar bunun əleyhinə oldu və mütləq səhnəyə çıxmağımı məsləhət gördü. Məhz bu səbəbdən səhnədə Qarabağımızın adını xüsusi qeyd etdim. Hətta ermənilər "Sarı gəlin” mahnımızı ifa edəcəyi təqdirdə, səhnədə çıxışım üçün başqa mətn hazırlamışdım. Amma şükür ki, vaxtında erməni təxribatının qarşısı tam olaraq alındı.
 
Öz və bütün komandam adından Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, İdman və Gənclər Nazirliyinə, Azərbaycanın Almaniyadakı səfirliyinə təşəkkürümü bildirirəm”.
 
Aysel.Ş
BAKU.WS