SİZİN REKLAM BURADA!
055 213 76 73



Model Ahu Yağtu keçmiş həyat yoldaşı Cem Yılmazın Ebru Şallı ilə sevgili olması şayiələrinə biganə qalıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Yağtu Cemlə Ebrunun birgə Bodrumda istirahət etməsi xəbərinə "şərh vermək istəmirəm” – deyərək, məsələyə laqeyid olduğunu nümayiş etdirib.

Bəstəkar-müğənni Sinan Akçildən ayrılan Ebru Şallının hazırda Cem Yılmazla sevgili olduğu iddia edilir. Çünki onlar hətta ötən gün birgə Bodrumda dincəliblər.
 
Qeyd edək ki, yaradıcılığı ilə yanaşı, sevgililərinin sayı ilə gündəmdə olan Cem Yılmazın ən uzun sevgi münasibəti aktrisa Cansu Dere (7 il-red) ilə olub. 
 Onlar Cemin Cansunun rəfiqəsi model Ahu Yağtu ilə gizli münasibətə girməsindən sonra ayrılıblar. 
 
Gizli münasibətindən Ahu hamilə qalıb. Daha sonra Cem onunla nikaha girib. 
Onların Kamal adlı bir oğulları var. Cütlüyün evlilyi cəmi 1 il davam edib. 
A.Yağtu C.Yılmazdan ona dəfələrlə xəyanət etdiyi üçün boşanıb.
 
Aysel.Ş
BAKU.WS