SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan Bərdə rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslərlə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi cinayəti törədən şəxslərə ən ağır cəzanın verilməsini istəyib:

“Bərdədə məktəbli qızın başına gətirilən bədbəxt hadisə ilə bağlı prosesi yaxından izləyirəm və nəticəni səbirsizliklə gözləyirəm. Mənim orada bibilərim, onların qızları, balaları yaşayır. Bir qadın kimi mənə təsir etdi, ölkəmdə baş verdiyi üçün utandım.

Azərbaycan polisinə təşəkkür edirəm, səbəbkarları tapıblar. Lakin onlardan rica edirəm ki, 14 yaşlı bir yeniyetməyə qarşı bunu edən o 4 nəfər ən ağır şəkildə cəzalandırılsın. Çox xahiş edirəm, məsələyə həssaslıqla yanaşsınlar. Hər kəsin övladı var”.

Xatırladaq ki, bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində qapalı yerdə 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Faktla bağlı cinayət işi başlanılıb. 

BAKU.WS