SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Sevda Yahyayeva tez-tez həyat yoldaşı Zakir Bayramovla etdiyi səyahətlərdən danışıb.

BAKU.WS xəbər verir ki, sənətçi "Maqazin plus"a açıqlaması zamanı səyahət xərclərini əri ilə yarı-yarı böldüyünü deyib:

"Mən səyahəti çox sevirəm, bu həmişə arzum olub. Ailə qurmazdan əvvəl də bir çox ölkələrə də səyahət etmişəm. 2009-cu ildə Niderlandın Rotterdam şəhərində, 2013-cü ildə Almaniyanın Köln şəhərində, Nyu-Yorkda, Los-Ancelesdə və Las-Veqasda konsertərdə olmuşdum. Bacardığım qədər gəzmişdim.

Səyahətimizin pulunu yarı-yarıya bölürük. Büdcəmiz eynidir, qazanc eyni olduğu üçün düzgün bölüşdürürük. Hər şeyi bərabər şəkildə edirik. Ona görə də səyahət etmək bizim üçün rahat olur".

BAKU.WS
VİDEO