VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist Fərqanə Qasımova atası, xalq artisti Alim Qasımovun qəlyan çəkərkən lentə alınan fotosunu "İnstagram” bloqunda paylaşıb.

BAKU.WS xəbər verir ki, ifaçı fotoya "Fəxrimiz” qeydini yazıb.

Onu da əlavə edək ki, A.Qasımov bir neçə il öncə mətbuata verdiyi müsahibəsində "Qəlyan orqanizmə ziyandır. Gənclərə qəlyan çəkməyi məsləhət görməzdim. Çalışıram, ziyanlı vərdişlərdən uzaqlaşım. Zamanla hamısından uzaqlaşıram, bircə qəlyan qalıb. Qəlyan səsin düşmənidir” – deyə, söyləmişdi.

Oxuculara xanəndənin sözügedən fotosunu təqdim edirik:
 
Aysel Şirinzadə
BAKU.WS