SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer Van Damm sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o, instaqram hesabında azərbaycanlı həyat yoldaşı Suada Hacızadə ilə yeni görüntülərini paylaşıb. Artıq 1 ildən çoxdur evli olan cütlük istirahətə yollanıb.

Onlar dincəlmək üçün Qərbi Avropada yerləşən Niderlanda üz tutublar. Suada ilə Kris Şimali Brabant əyalətində yerləşən "Böyük Qala"da olub.

Onlar memarlıq abidəsi önündə video çəkərək birlikdə vaxt keçirməyin çox yaxşı olduğunu qeyd ediblər. 

Xatırladaq ki, Suada ilə Krislə ötən ilin iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurublar.

Zöhrə Pənahi
BAKU.WS
VİDEO

QALEREYA