SİZİN REKLAM BURADA!
055 213 76 73




Dünya şöhrətli müğənni Adel "İnstagram” bloqunda makiyajsız halda çəkilən videosunu paylaşıb.

BAKU.WS xarici mətbuata istinadla xəbər verir ki, möhkəm xəstələnən müğənni videoda fanatlarına müraciət edərək Feniksdəki konsertinin təxirə salındığı üçün onlardan üzr istəyib.

"Hamıya, xüsusilə də Arizona ştatına- xüsusilə də Finiks şəhərinə salamlar. Artıq ikinci gündür, Finiksdə konsertim olacaqdı, amma əfsuslar olsun ki, səhnəyə çıxa bilməyəcəyəm. Bir neçə gün öncə soyuqlamışam. Bundan öncəki konsertim çox gözəl keçdi. Hətta xəstə halımla səhnəyə çıxsam, maraqlı konsert olacağına inanmıram. Sizi məyus etdiyim üçün çox üzgünəm. Səhər oxumağa çalışdım, səs tellərimi açmağa, yumşaltmağa çalışdım, amma alınmadı”.

Müğənninin makiyajsız və xəstəlikdən solmuş siması diqqət çəkib.
 
Aysel Şirinzadə
BAKU.WS