SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gənc aktrisa Pərvin Abıyeva İçərişəhərdə olub.

BAKU.WS xəbər verir ki, sənətçi Filarmoniya bağının yanında çəkdirdiyi fotosunu "İnstagram” bloqunda paylaşıb. Yeri gəlmişkən, aktrisa bu günlərdə uzun saçlarını kəsdirib.

O, bloqunda yeni imicdə fotolarını paylaşaraq, "Uzun zaman idi ki, eyni stildə və imicdə gəzirdim. Nə yalan deyim, bundan özüm də sıxılırdım, amma imicimi dəyişməyə risk etmirdim. Saçlarımı kəsdirməyimə heç də peşman deyiləm. Yəni saçlarım və "çolkalarım” parik deyil” – qeydini yazmışdı.
 
Onu da deyək ki, aktrisa bloqunda yeni fotosessiyasının kadrarxası videogörüntülərini də yerləşdirib.
 
Aysel Şirinzadə
BAKU.WS