SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Ramiz Məlik müğənni Nadir Qafarzadənin izləyicilərini təhqir etməsinə sərt şərh verib.

BAKU.WS xəbər verir ki, aktyor "Facebook” profilində bu haqda yazıb:

"Deyəsən, sən ağıllanmadın. Kölə sənin nəslindir. Xalqı təhqir etmə. Çox harınlamısan. Oxumağın da bir şey deyil. Əvvəlki günlərini, əsgər olan vaxtlarını yadına sal. Əgər səndə abır, həya yoxdursa, sənə onu başa salarlar”.

Xatırladaq ki, N.Qafarzadə "İnstagram” blqounda onu sərt tənqid edən izləyicilərinə xitabən  - "Mən kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb”  - demişdi.
 
Aysel Şirinzadə
BAKU.WS