VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Aygün Kazımova avqustun 27-də Almaniyada keçiriləcək "DAF BAMA Music Awards 2016" mükafatlandırma mərasiminə hazırlaşır.

Müğənninin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən o, komandası ilə bir neçə aydır ki, Avropanın ən yaxşı arenaları siyahısına düşən "Barclayaard Arena"nın səhnəsində möhtəşəm şou göstərməyə hazırlaşır. Bu arenada Adel, Stinq, Skuter, Rihanna, Kris Braun, Brayn Adams, "Take that" qrupu, Elli Qouldinq və bir sıra dünya ulduzları konsert proqramı ilə çıxış edib. A.Kazımova adıçəkilən beynəlxalq mükafatlandırma mərasiminə dəvət olunan ilk azərbaycanlı sənətçidir.

Dünya ulduzları ilə bərabər qırmızı xalıdan keçəcək xalq artisinin libasını modelyer Gulya Chagtex hazırlayır. Sənətçinin stili üzərində isə Ruxa çalışır.
A.Kazımovanın ən yaxın dostu Rəhim Rəhimli də dəstək üçün xalq artisti ilə Almaniyaya səfər edəcək. "DAF BAMA Music Awards"da Aygün Kazımovanın prodüserliyini Gürcüstanın ən məşhur prodüser və pop ifaçılarından olan Stefane Mqrebrişvili edəcək.

Qeyd edək ki, Sfefane MTV Europe hit-paradında yer alan ilk gürcü ifaçıdır. Bununla yanaşı onun müsahibələri BBC,CNN, SKY, RAİ kimi nüfuzlu telekanallarda yayımlanıb. Eyni zamanda Gürcüstanda yayımlanan "Voice" və "X-factor" musiqj yarışmalarında münsif kürsüsündə əyləşib. Hazırda  o, Gürcüstanın ən məşhur müğənniləri ilə əməkdaşlıq edir.
 
Aysel Şirinzadə
BAKU.WS