SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Məlahət Abbasova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, aktrisa şəxsi instaqram hesabında Azərbaycan milli komandası və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli ilə fotolarını yayımlayıb. Emrelinin yanında bacısı Aişə də olub.

Abbasova onlarla lentə alınan fotolarına "Azərbaycanımızın fəxri, "Dinamo" futbol komandasının azərbaycanlı oyunçusu Mahir Emreli və gözəllər gözəli bacısı Ayşə... Gözəl bir günün xatirəsi. Allah hər ikinizin yolunu, bəxtini açıq etsin" sözlərini əlavə edib.

BAKU.WS
QALEREYA