SİZİN REKLAM BURADA!
055 213 76 73


"Çox üzüldüm ki, anamın son nəfəsinə çata bilmədim. Bu da pandemiya səbəbindən oldu".

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə deyib. "O üz" verilişinə qonaq olan aparıcı ilk dəfə dünyasını dəyişən anasından danışıb. 

"Bu dəfə ilk dəfə açıqlama verirəm. Bir gün səhər tezdən mənə zəng vurdular ki, ananın vəziyyəti ağırdır, gəlməlisən. Mən evdən çıxdım. Lakin yollar bağlı idi. Balakənə çatana qədər anam rəhmətə getdi. Həmin vaxt qış ayları idi. O mənə çox təsir etdi ki, anamın son nəfəsinə çata bilmədim. Bəlkə də deyəcək bir sözü vardı".

Ətraflı videoda:

BAKU.WS
VİDEO