SİZİN REKLAM BURADA!
055 213 76 73



Yaradıcılığını Türkiyədə uğurla davam etdirən aktrisa Nəsrin Cavadzadə narazıdır.

BAKU.WS Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa "Türkiyədə mənə Kim Kardaşyan kimi davranırlar. Halbuki sayılıb-seçilən aktrisayam” – deyib:
"Artıq 10 ilə yaxındır ki, aktrisalıq edirəm. Üst-üstə qoysan, çoxlu sayda mükafatlarım var, 10 filmə çəkilmişəm. Son bir ildə isə "İnstagram” istifadəçisi olmuşam. İnsanlar məni "İnstagram” fenomeni kimi qəbul edirlər”.

İki dəfə "Altın Portakal” mükafatını aldığını diqqətə çatdıran N.Cavadzadə "Cavan nəsil deyəsən, məni yaxşı tanımır” – deyə söyləyib:

"Mənim üçün sosial media əyləncə vasitəsidir. Yəni sosial şəbəkədə aktrisalığımı, mükafatlarımı, karyeramı danışmaq məcburiyyətində deyiləm. Çünki bunları film izləməyə gedən insanlar bilir”.
 
BAKU.WS