Müğənni-bəstəkar Emin yaradıcılıq işlərinin çoxluğuna baxmayaraq, övladlarına da zaman ayırır.
 
BAKU.WS xəbər verir ki, ifaçı "İnstagram” bloqunda əkiz oğulları Əli,  Mikayıl və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü balaca Əminə ilə birgə çəkilən yeni fotosunu paylaşıb.

Qeyd edək ki, ötən ilin iyulunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olan Əminə adlı 5 yaşlı körpə qızı övladlığa götürüb.

Emin isə mətbuata açıqlamasında "Mənim soyadım hər zaman Əminənin qulluğundadır. Əgər istəsə soyadımı ona verərəm” – deyə bildirmişdi.
Leyla Əliyevanın Emin Ağalarovla nikahından Əli və Mikayıl adlı əkiz övladı var.
 
BAKU.WS