SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Natəvan Həbibi illərdir küsülü olduğu xalq artisti Aygün Kazımovaya barışıq əli uzadıb. 

BAKU.WS xəbər verir ki, ifaçı bu addımı "ATV maqazin onlarla” verilişi vasitəsilə edib. O bildirib ki, əgər arada səmimilik olarsa, incikliyə son qoya bilər.
"Deyəsən böyümüşəm, mehribanlıq, xoş münasibət istəyirəm. Amma bir şərtim var, bu barışıq səmimi və istəkdən olmalıdır, sənət üçün oynanılmamalıdır. Bu olsa, hər şey yaxşı olacaq” – deyə, N.Həbibi qeyd edib.

 N.Həbibi barışdıqdan sonra duet də oxuya biləcəklərini söyləyib:

"Hamımız insanıq, səhvlər ola bilər. Yəqin zamana ehtiyacımız var idi. Bunlar yox olandan sonra, səmimiyyət yarana bilər. Biz bir müəllimin məktəbini keçmişik, sənəti bəyənməyə, dana bilmərik. Səmimi münasibətimi bərpa etdikdən sonra iş düşünə bilərəm. İllərdi düşmənçilik edən müğənnilər bir araya gələndə hamı onlardan iş gözləyir”.

Qeyd edək ki, N.Həbibi ilə A.Kazımova arasında qalmaqal hələ illər öncə "Nömrə 1” yarışmasından başlayıb. N.Həbibinin xalq artistinə qalib gəlməsi, münasibətləri daha da pisləşdirmişdi. 

Sonralar isə N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, müğənni N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.
 
BAKU.WS