SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu ilin dekabrında ilk dəfə olaraq Azərbaycanın paytaxtında Rusiyanın xalq artisti Filipp Kirkorovun konserti olacaq.

BAKU.WS xəbər verir ki, bu haqda "JARA" beynəlxalq musiqi festivalının "İnstagram"dakı rəsmi səhifəsində məlumat yerləşdirilib. F.Kirkorovun konserti dekabrın 10-da "Crystall Hall"da olacaq.

Rusiyanın xalq artistinin konserti "Я" adlı turu çərçivəsində reallaşacaq.Konsertin biletləri yaxın günlərdə satışa çıxarılacaq.

Xatirinizdədirsə, bu ilin mayında F.Kirkorov yerli telekanallardan birinə müsahibsəində Bakıya gəlmək istədiyini demişdi. Lakin ona icazə verilmədiyini əlavə etmişdi: 
"Mən Bakını çox sevirəm. Amma heç cür ora gələ bilmirəm, icazə vermirlər. Bilirəm ki, orada çox heyranlarım var. İstəyirəm Azərbaycanda böyük konsert verim. İnanıram ki, orada "Crystall hall”da konsertim reallaşacaq” – deyə o, bildirmişdi.

Əlavə edək ki, F.Kirkorov "JARA" konserti çərçivəsində Bakıya gəlmişdi.
 
BAKU.WS