VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adı iranlı iş adamı Rza Zərrabla eşq qalmaqalında hallanan müğənni Petek Dinçöz yeni paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında ona hazırda yaşadığı Mayamidəki evini tapan və mənzilinin kreditini təsdiqləyən Antonny Basarana təşəkkür edib. 

Bununla da sənətçi hazırda yaşadığı milyonluq evi özünün aldığını sübut edib.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Peteyin oğlu Aslanla qaldığı malikanənin iranlı iş adamı Rza Zərrabın alması ilə bağlı xəbərlər yayılıb. Petek Dinçöz bir neçə həftə əvvəl 2014-cü ildə evləndiyi iş adamı Serkan Kodaloğlundan boşanaraq Amerikaya köçüb.

Dinçözün Amerikaya Rza Zərraba görə getdiyi və onların eşq yaşadığı iddia olunub. Daha sonra Zərrabın vəkili Şeyda Yıldırım yayılan məlumatlara açıqlama gətirib. O, Dinçözün sırf oğlu üçün Mayamiyə köçdüyünü bildirib.

BAKU.WS
QALEREYA