VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova yeni fotosessiyası ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sənətçi kamera qarşısına keçərək müxtəlif şəkillər lentə aldırıb. Kazımovanın stili və makiyajı üzərində peşəkarlardan ibarət komanda çalışıb. 

Hər zaman al-əlvan rəngli geyimlərə üstünlük verən Xalq artisti bu dəfə qara rəngli dəst seçib. Sənətçi qlamur libasını qalın boyunbağı ilə tamamlayıb. 

Xalq artisti fotosessiyadan olan görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Onun yeni şəkilləri izləyiciləri tərəfindən çox bəyənilib. 

Kazımova bu fotoları yaxın zamanlarda təqdim edəcəyi "Saxla şəkilləri özündə" adlı layihəsi üçün etdirib. İfaçı yaxın günlərdə həmkarı Rauf Əhmədovla duetini təqdim edəcək.

BAKU.WS
VİDEO

QALEREYA